TürkPA-da Türküstan Bəyannaməsi imzalanacaq | 1news.az | Xəbərlər
Siyasət

TürkPA-da Türküstan Bəyannaməsi imzalanacaq

S.Xankişiyeva12:51 - 25 / 09 / 2021
TürkPA-da Türküstan Bəyannaməsi imzalanacaq

Gələn həftə Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında Türküstan Bəyannaməsi imzalanacaq.

1news.az-ın verdiyi xəbərə görə, sessiyada Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər