Emmanuel Makrona yumurta atdılar - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Emmanuel Makrona yumurta atdılar - VİDEO

17:09 - 27 / 09 / 2021
Emmanuel Makrona yumurta atdılar - VİDEO

Fransa Prezidenti Emmanuel Makrona yumurta atıblar.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Lion şəhərində baş verib.

Belə ki, restoran ticarəti ilə bağlı sərgidə naməlum şəxs Fransa Prezidentinə yumurta atıb və “Yaşasın inqilab!” şüarını səsləndirib.

Həmin şəxs dərhal saxlanılıb.

Qeyd edək ki, bu ilin iyun ayında Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin ona şillə vurub.

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər