Azərbaycanda turizm rekreasiya zonaları yaradılacaq
Azərbaycanda turizm rekreasiya zonaları yaradılacaq.
1news.az xəbər verir ki, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, turizm rekreasiya zonalarının formalaşdırılması və dövlət tərəfindən güzəştli şərtlər tətbiq edilməklə zona daxilində əlverişli investisiya mühitinin yaradılması regionlara investisiyanın cəlb edilməsi, regional turizmin inkişafı və məşğulluğun artmasına, həmçinin zona daxilində turizmin dayanıqlı təşkilinə və turizm resurslarından əlverişli istifadə edilməsinə səbəb olacaq.
Qeyd edək ki, turizm rekreasiya zonaları əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılması deməkdir.
1news.az