“Bizim heç kimin ərazi bütövlüyündə gözümüz yoxdur!”- Deputat ermənipərəst qüvvələrə səsləndi | 1news.az | Xəbərlər
Siyasət

“Bizim heç kimin ərazi bütövlüyündə gözümüz yoxdur!”- Deputat ermənipərəst qüvvələrə səsləndi

15:18 - 07 / 10 / 2021
“Bizim heç kimin ərazi bütövlüyündə gözümüz yoxdur!”- Deputat ermənipərəst qüvvələrə səsləndi

Xəbər verdiyimiz kimi Azərbaycan öz torpaqlarını işğalçılardan təmizlədikdən sonra İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması ölkəmizdə narahatlıq yaratdı. Niyə məhz indi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra? Ümumiyyətlə bu təlimlərin məqsədi nədir və kimə qarşıdır?

1news.az xəbər verir ki, bu və ya digər qaranlıq suallara İran tərəfi məntiqsiz açıqlamaları ilə müxtəlif donlar geyindirməyə çalışsalar da, Azərbayca tərəfi təhlükəli hal yarandıqda adekvat cavabın veriləcəyini bəyan etdi.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev 1news.az-a açıqlamasında qeyd etdi ki, Cəbrayıl İranla həmsərhəd ərazisi olan rayondur. Həmin ərazidə baş verə biləcək təhlükənin qarşısını almaq üçün hər cür addımlar atılacaq:

“Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, qarşısı adekvat şəkildə alınacaq. Bizim heç kimin ərazi bütövlüyündə iddiamız yoxdur. Biz, BMT tərəfindən tanınan öz ərazimizi, sərhədlərimizi bərpa edirik. Bu istiqamətdə də öz işimizi davam etdirəcəyik. Növbəti mərhələdə də gündəmdə olan delimitasiya və demarkasiya, sərhədlərin açılması kimi vacib məsələləri həll edəcəyik".

Deputat əlavə etdi ki, vaxtilə Cocuq Mərcanlıda yaratdığmız infrastrukturların davamı kimi, Cəbrayılda da eyni ifranstrukturlar yaradılacaq:

“Cənab Prezident özü də çıxışında təhlükəsizlik tədbirlərinin görüldüyünü, tikinti-quruculuq işlərinin aparıldığı, qonşuluq siyasətinin inkişafı üçün müsbət istiqamətdə addımların atılması kimi vacib mesajlar verdi”.

Aytən Sakitqızı

Paylaş:
581

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər