Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,06 dollar azalaraq 81,02 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 77 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,98 dollar azalaraq 83,17 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il oktyabrın 5-də (85,15) qeydə alınıb.
1news.az