"Ölkəmizə qarşı hər hansı bir təhdid olarsa, Azərbaycan çəkinmədən özünü müdafiə edəcək" - Deputat | 1news.az | Xəbərlər
Siyasət

"Ölkəmizə qarşı hər hansı bir təhdid olarsa, Azərbaycan çəkinmədən özünü müdafiə edəcək" - Deputat

11:28 - 08 / 10 / 2021
"Ölkəmizə qarşı hər hansı bir təhdid olarsa, Azərbaycan çəkinmədən özünü müdafiə edəcək" - Deputat

"Prezidentin bütün çıxışlarındakı çağırışlarında dünyada hər bir məsələyə ədalətlə yanaşma, qarşılıqlı əməkdaşlıq, o cümlədən sülh üzərində qurulmuş münasibətlər var".

Bunu 1news.az- a açıqlamasında millət vəkili Cavid Osmanov dedi:

“Cənab Prezident Covid-19 pandemiyası dövründə vaksin milliyyətçiliyinin aradan qaldırılması, həmçinin virusdan dünya ölkələrinə dəymiş ziyanın həlli istiqamətində atılmalı olan addımlar haqqında çıxış edərək ciddi işlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Eyni zamanda ölkə prezidenti İlham Əliyev bildirdi ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində otuz il müddətində Azərbaycan torpaqlarını işğala məruz qoymaqla kifayətlənməyib, bu gün də xalqımıza qarşı terror həyata keçirərək mina xəritələrini Azərbaycana təqdim etmir. Məhz 30 il işğal dövründə BMT-nin dörd qətnaməsinin icrası kağız üzərində qalaraq Ermənistana heç bir təzyiq göstərilməyib. Xüsusilə vurğulamaq lazımdır ki, məhz Azərbaycan ilk dəfə olaraq dörd qətnamənin icrasını öz gücü ilə təmin edərək, işğalda olan torpaqlarını azad edib”.

Deputat qeyd etdi ki, ölkə başçısı hər çıxışında Ermənistanın işğal dövründə törətdiyi vandallıqları, xüsusən də müharibədən sonra Qarabağda həyata keçirdikləri vəhşilikləri xüsusilə vurğulayır:

“Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtdıb, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirib. İlham Əliyev bütün bunların fonunda Ermənistana heç bir təzyiqin göstərilməməsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə sülhün əmin amanlığı həyata keçirmək üçün yeni reallığa uyğun çağırışlar edib. Təəssüf ki, Ermənistanda bu günə kimi də bu çağırışlara adekvat cavab vermir. Düşünürəm ki, Azərbaycan Prezidenti birmənalı şəkildə bütün dünya dövlətlərinin diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə, eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olacağı təqdirdə Azərbaycan çəkinmədən özünü müdafiə edəcək".

Aytən Sakitqızı

Paylaş:
380

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər