Prezident İlham Əliyev Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib – FOTO

S.Xankişiyeva16:25 - 09 / 10 / 2021
Prezident İlham Əliyev Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər