“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib
“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - "Müstəqillik Günü" və 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilir.
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.
Qeyd edək ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.
Müzakirələrdən əvvəl qanun layihəsi əsas kimi səsə qoyularaq qəbul e