Əhmədlidə kafedə qətlə görə 9 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhmədlidə kafedə qətlə görə 9 nəfər saxlanıldı

1news Redaksiyası12:05 - Bu gün
Əhmədlidə kafedə qətlə görə 9 nəfər saxlanıldı

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər, odlu silahdan istifadəyə də cəhd göstərilib. Nəticədə, bir nəfər həyatını itirib.

Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər