Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib – FOTO

S.Xankişiyeva17:11 - 16 / 10 / 2021
Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib – FOTO

Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Əli Hüseynli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ərəfəsində Ukrayna nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistan tərəfindən ərazilərimizin 30 il davam edən işğalına son qoyub, ərazi bütövlüyünü təmin edib. O, ukraynalı qonaqlara münaqişənin artıq tarixə qovuşduğunu bildirib, azad edilmiş ərazilərdə işğalın ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlərdən bəhs edib. Əli Hüseynli 44 günlük müharibənin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.

Milli Məclis sədrinin birinci müavini parlamentlərdəki qarşılıqlı dostluq qruplarının əlaqələrimizin daha da inkişafına verəcəyi töhfələrdən, qanunverici orqanların beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlığının möhkəmləndirilməsindən danışıb. Əli Hüseynli Azərbaycan-Ukrayna münasibətlərinin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.

Tədbirdə Ali Radanın Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko, qrupun üzvləri Lyudmila Marçenko, Maryan Zablotski, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporu”nun rəhbəri Hikmət Cavadov çıxış ediblər. Onlar əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolunu qeyd ediblər. Qonaqlar Azərbaycanın Zəfərini ədalətin qələbəsi kimi dəyərləndiriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqın bir yumruq kimi birləşməsini 44 günlük Vətən Müharibəsində qələbənin əldə olunmasında mühüm amil adlandırıblar.

Ali Radanın deputatları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Azərbaycana uğurlar arzulayıblar və bütün məcburi köçkünlərin tezliklə doğma torpaqlara qayıdacağı, ermənilər tərəfindən viran edilmiş ərazilərdə həyatın yenidən qaynayacağı günlərin yaxında olduğuna inamlarını ifadə ediblər.

Söhbət zamanı Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi məsələsi qaldırılıb, birgə əməkdaşlığın müxtəlif aspektləri, gələcək perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov, Ali Radanın Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
417

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23
Bütün xəbərlər