Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə dair məqaləsini yayıb | 1news.az | Xəbərlər
Siyasət

Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə dair məqaləsini yayıb

S.Xankişiyeva16:55 - 19 / 10 / 2021
Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə dair məqaləsini yayıb

Yaponiyanın “ajmedia.jp” saytı AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsr olunmuş məqaləsini yayıb.

“Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük uğurlarla qeyd edir” sərlövhəli məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın ötən dövrdə qazandığı nailiyyətlərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı təkcə regionun deyil, həm də dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Uğurla həyata keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın dünyanın aparıcı ölkələri ilə bərabər səviyyəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına şərait yaradıb.

İngilis və yapon dillərində yayılan məqalədə Azərbaycan tərəfindən reallaşdırılan Bakı Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2020-ci ilin dekabrında istifadəyə verilmiş TAP boru kəmərinin Avropanın enerji təminatında mühüm rolu xüsusi qeyd edilib.

2020-ci ilin sentyabrında başlamış Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazandığı yazıda xüsusi vurğulanıb. Bildirilib ki, bütün dünyanın heyran qaldığı 44 günlük müharibə nəticəsində Ermənistan ordusunun işğalından azad olunan ərazilərdə hazırda bərpa və quruculuq işləri böyük sürətlə davam etdirilir. Azərbaycan dost ölkələrlə birlikdə burada “ağıllı” şəhər və kəndlərin salınması işlərinə start verib.

Məqalədə ötən 30 ildə Azərbaycanın bütün dünyada yalnız iqtisadi cəhətdən inkişaf etmiş dövlət deyil, həmçinin nüfuzlu beynəlxalq tədbirlərin reallaşdırıldığı mühüm məkana çevrildiyi də oxucuların diqqətinə çatdırılıb.

Paylaş:
516

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər