Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün faydalıdır | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün faydalıdır

S.Xankişiyeva15:00 - 20 / 10 / 2021
Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün faydalıdır

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin altıncı üçtərəfli görüşü səmərəli keçdi.

Görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərə və geniş əlaqələrə dair səmərəli müzakirələr apardıq. Sevindirici haldır ki, bu görüşdə Azərbaycanı ərazi bütövlüyünü bərpa edən ölkə kimi təmsil edirdik.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin regionda sülh, sabitlik və inkişafın qorunması üçün yeni şərait yaratdığını xatırladan komitə sədri vurğulayıb ki, bu Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, beynəlxalq səviyyədə haqq və ədalətin bərqərar olmasıdır.

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin yeddinci toplantısının 2022-ci ildə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran Səməd Seyidov bildirib ki, üçtərəfli formatdakı əməkdaşlıq və onun nəticələri regionun digər ölkələri üçün cəlbedici və faydalıdır.

Paylaş:
452

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər