Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEO

17:23 - 27 / 10 / 2021
Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEO

Türkiyənin Bursa şəhərində küçə təmizlikçisi Cəlal Yıldız çanta tapıb.

1news.az metbuat.az-a istinadən bildirir ki, küçədə tapdığı çantanın köhnə olduğunu düşünən türkiyəli, əvvəlcə onu zibilliyə atmaq istəyib. Lakin daha sonra o, çantanın içinə baxmağa qərar verib. Çantanın pul ilə dolu olduğunu görən Cəlal Yıldız, pulları bir neçə saat özündə saxlayaraq onun sahibini axtarmağa başlayıb. Nəhayət pulların sahibi tapılıb. Çantanın içində 650 min türk lirəsi olub.

Qəribəsi budur ki, pulların sahibi küçə təmizlikçisinə cəmi 200 türk lirəsi mükafat verib.

1news.az

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər