Azərbaycan Prezidenti Rumıniyanın yeni səfirini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Rumıniyanın yeni səfirini qəbul edib – FOTO – YENİLƏNİB

S.Xankişiyeva13:53 - 28 / 10 / 2021
Azərbaycan Prezidenti Rumıniyanın yeni səfirini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,dövlətimizin başçısını salamlayan səfir Vasile Soare dedi: Hörmətli cənab Prezident, icazə verin, mənim Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməyim haqqında Rumıniya Prezidenti cənab Klaus Yohannis tərəfindən imzalanmış etimadnaməmi Sizə təqdim edim.

Səfir Vasile Soare etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev: Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm. Düşünürəm ki, siz artıq yaxşı tarixə malik olan qarşılıqlı münasibətlərimizin inkişafı üçün fəal səy göstərəcəksiniz. Ümid edirik ki, həm ikitərəfli münasibətlər, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində perspektivlər bu cür yaxşı olacaq. Müzakirə ediləsi mövzular çoxdur. Əlbəttə, Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır. Uzun illər boyu Rumıniya bu əməkdaşlığın möhkəmlənməsi üçün ən fəal rollardan birini oynayıb. Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur. Fikrimcə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur. Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik. Sizə Azərbaycanda vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm.

Səfir Vasile Soare: Təşəkkür edirəm, cənab Prezident. Həqiqətən, Rumıniyanın Azərbaycanda səfiri təyin edilməyim mənim üçün böyük şərəfdir. Mən bu istiqamətdə uzun illər boyu işləmişəm. Bundan əvvəl Qazaxıstanda və Rusiya Federasiyasında səfir olmuşam. Uzun illər boyu Azərbaycan ilə münasibətlərə kuratorluq etmişəm, bütün tədbirlərimizi ən yüksək səviyyədə təşkil etmişəm. Bir faktı gizlətmirəm ki, 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmçinin Fəaliyyət Planının və bu mühüm sənədə daxil edilmiş layihələrin hazırlanmasında bilavasitə iştirak etmişəm.

11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
686

Son xəbərlər

Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21
Bütün xəbərlər