Azərbaycan 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib

S.Xankişiyeva16:27 - 02 / 11 / 2021
Azərbaycan 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib

Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

11 erməni hərbçinin meyitinin qalıqları Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib.

Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1697 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər