Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib – FOTO

S.Xankişiyeva10:06 - 02 / 11 / 2021
Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instagram hesabında Prezident İlham Əliyevlə birlikdə Şamaxı rayonuna səfərlə bağlı paylaşımlar edib.

1news.az-ın verdiyi xəbərə görə, Birinci vitse-prezident yazıb:

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar”.

Birinci vitse-prezident digər paylaşımlarda Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıqdan, Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışından, Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsindən, Şamaxı şəhər stadionunun açılışından bəhs edib.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər