İlham Əliyev Ukraynanın sabiq prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ukraynanın sabiq prezidentini qəbul edib

S.Xankişiyeva16:19 - 04 / 11 / 2021
İlham Əliyev Ukraynanın sabiq prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi.

Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edildi.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər