Prezident İsrailin sabiq xarici işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İsrailin sabiq xarici işlər nazirini qəbul edib

S.Xankişiyeva16:23 - 04 / 11 / 2021
Prezident İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunuldu, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirildi. Vurğulandı ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edildi.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər