AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirəcək – FOTO | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirəcək – FOTO

S.Xankişiyeva17:45 - 04 / 11 / 2021
AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirəcək – FOTO

AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bununla bağlı məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Azərbaycanda səfərdə olan Pakistan KİV-in rəhbərləri ilə görüşündə müzakirə olunub.

Qeyd edilib ki, dost və qardaş ölkə olan Azərbaycan və Pakistan bütün səviyyələrdə daim bir-birini dəstəkləyir. “Sizin Zəfər Günü ərəfəsində Azərbaycana səfəriniz çox simvolikdir. Pakistan Vətən müharibəsi dövründə Azərbaycana çox böyük dəstək verdi. Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və 30 illik işğala son qoydu. Bu illər ərzində Ermənistan həmin ərazilərdə məscidləri, evləri, bütün infrastrukturu dağıdaraq məhv edib. Siz işğaldan azad edilmiş ərazilərə səfəriniz zamanı bütün bunları öz gözlərinizlə görəcəksiniz. Həmçinin bu ərazilərdə başlanmış genişmiqyaslı quruculuq işlərinin şahidi olacaqsınız”, - deyə İdarə Heyətinin sədri bildirib.

Vurğulanıb ki, müharibə günlərində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Pakistan mediası böyük rol oynayıb. AZƏRTAC Pakistanın bir sıra media qurumları ilə mütəmadi informasiya mübadiləsi aparır, National Herald Tribune, DND, PPİ və APP kimi informasiya agentliləri ilə sıx əlaqələrə malikdir.

Dispatch News Desk (DND) xəbər agentliyinin baş redaktoru Ağa İqrar Harun bildirib ki, təmsil etdiyi media qurumu artıq üç ildir AZƏRTAC ilə əməkdaşlıq edir, Azərbaycanda və Pakistanda baş verən hadisələr barədə qarşılıqlı olaraq xəbərlər yayımlanır. “AZƏRTAC ilə əməkdaşlıqdan məmnunuq. Onun xəbərləri operativ və dəqiqdir. Əminəm ki, əlaqələrimiz daha da inkişaf edəcək”, - deyə baş redaktor qeyd edib.

National Herald Tribune nəşrinin baş redaktoru Riaz Ahmad Malik deyib ki, uzun illərdir AZƏRTAC ilə xəbər mübadiləsi sahəsində əməkdaşlıq davam edir. O, bundan sonra da əlaqələrin möhkəmlənməsi istiqamətində birgə addımlar atmağa hazır olduqlarını bildirib.

Görüşdə qonaqlara AZƏRTAC haqqında məlumat verilib, agentliyin Dünya Xəbər Agentlikləri Konqresində (NAWC), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA), İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində (UNA) fəaliyyəti barədə danışılıb. Söhbət zamanı AZƏRTAC-ın Pakistanın media qurumları ilə əlaqələrinin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Pakistanın İslamabad Post, Express, National Herald Tribune, Pakistan Observer nəşrlərinin, Dispatch News Desk (DND) və Global News Pakistan xəbər agentliklərinin, Pakistan Dövlət Televiziyası və HUM News televiziyasının rəhbərləri və nümayəndələri, həmçinin sosial media fəallarının Azərbaycana səfəri başlayıb. Səfər müddətində onlar Bakıda bir sıra görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə gedəcəklər.

Paylaş:
412

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər