Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

S.Xankişiyeva16:22 - 06 / 11 / 2021
Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ceyhun Bayramov Twitter hesabından etdiyi paylaşımında bildirib.

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər