İv Löterm: Hərbi təhlükəsizlik məsələləri bizi ciddi düşündürür
Gənc nəsil Avropa inteqrasiyasını təbii qəbul edir. İnteqrasiya müsbət bir prosesdir və buna uyğunlaşmalıyıq.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal arenada Avropa İttifaqının gələcəyi” mövzusunda panel iclasında Belçikanın sabiq Baş naziri İv Löterm bildirib.
O qeyd edib ki, hərbi təhlükəsizlik məsələləri dünyanı ciddi düşündürür. İndi müdafiə və təhlükəsizlik mühüm məsələdir. Aİ-ni təsis edən dövlətlərin əksəriyyəti nüvə silahlarından istifadə edir. “Aİ tarixi məsuliyyət daşıyır. Qarşıda yerinə yetirilməyən vəzifələr var. Biz öz məsuliyyətimizi dərk etməli və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməli, ziddiyyətlərin qarşısını almalıyıq”, - deyə o bildirib.
343