Muğanbank pulsuz uşaq kartı təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Muğanbank pulsuz uşaq kartı təqdim edir

S.Xankişiyeva11:25 - 18 / 11 / 2021
Muğanbank pulsuz uşaq kartı təqdim edir

Muğanbank yeni Mugan Junior adlı kartı istifadəyə verdi. Hər bir şeyin sürətlə rəqəmsallaşdığı və dəyişdiyi bir dövrdə smartlaşan insanlar, ən əsası da gənclər və yeniyetmələr yeni tələb formalaşdırır.

Muğanbankın əsas məqsədlərindən biri korporativ sosial siyasəti çərçivəsində cəmiyyətə faydalı olmaq və eyni zamanda nağdsız əməliyyatların artmasıdır. Bu səbəbdən Mugan Junior kartları PULSUZ olaraq təqdim olunur. Bundan əlavə, Mugan Junior kartı yeniyetmələrə müstəqillik nümayiş etdirməyə, maliyyə savadlılığının əsaslarını və pulla səmərəli davranmağı öyrənməyə kömək edəcəkdir.

Mugan Junior yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir. Kartı valideynin və uşağın şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni təqdim etməklə bankımızın istənilən filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Kartlar müasir üslübda iki fərqli dizaynda hazırlanıb və üzərində uşaqların adı qeyd olunacaqdır.

Mugan Junior kartından online/offline alış-veriş məkanlarında istifadə etmək mümkündür. Lakin, təhlükəsizlik məqsədilə bank tərəfindən müəyyən ödənişlərə və limitlərə məhdudiyyətlər edilmişdir.

Uşaqlarda yığım, qənaət, xərc və gəlirləri düzgün idarə etmək istiqamətində təbliğat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək məqsədilə qalıq məbləğin üzərinə illik 5%-dək gəlir hesablanır.

Reklam hüququnda

Paylaş:
464

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər