Silk Way West Airlines istiqrazlarının ilk tranşı buraxılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Silk Way West Airlines istiqrazlarının ilk tranşı buraxılıb

S.Xankişiyeva16:40 - 19 / 11 / 2021
Silk Way West Airlines istiqrazlarının ilk tranşı buraxılıb

Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkəti olan Silk Way West Airlines ilk dəfə olaraq istiqraz buraxılışına başlayıb.

Şirkətin əsas əməliyyatlarının və gəlirlərinin xarici valyutada olması faktı, eləcə də koronavirus pandemiyasının gələcək göstəricilərə potensial təsiri nəzərə alınaraq istiqrazların ABŞ dollarında buraxılması qərarlaşdırılıb.

Qeyd edək ki, pandemiyanın səngiməsi fonunda uçuşların sayının artacağı və yüksələn xarici valyuta gəlirləri ilə ödənişlərin vaxtlı-vaxtında təmin olunacağı labüd hal kimi qəbul edilib.

Donanmanın yenilənməsi məqsədilə illik 5% ilə buraxılan Silk Way West Airlines istiqrazlarının tədavül müddəti üç ildir. İstiqrazların hər biri 10 milyon ABŞ dolları həcmində olmaqla beş tranş üzrə buraxılması planlaşdırılır. Qeyd edək ki, nominal dəyəri 1000 ABŞ dolları olan istiqrazın anderrayteri Bakı Fond Birjasında uğurla fəaliyyət göstərən PASHA Capital investisiya şirkətidir.

“Aviaşirkətin gəlir və tonaj proqnozları təhlil edilərkən aviadaşımalar bazarının genişlənməsinin biznesin inkişafına ümumilikdə pozitiv təsir edəcəyinə, premium məhsulların satışı vasitəsilə gəlirliliyin planlaşdırılan tonajdan daha sürətlə artacağına istinad edirik. 50 milyon ABŞ dolları dəyərində olan istiqrazların yerləşdirilməsi nəticəsində əldə ediləcək bütün vəsaitlər Silk Way West Airlines şirkətinin aviaparkının yenilənməsinə yönləndiriləcəkdir”, - deyə Silk Way West Airlines MMC-nin Müşahidə Şurasının üzvü Mirsəməd Mövsümzadə bildirib.

PASHA Capital investisiya şirkəti 2012-ci ilin iyun ayında təsis edilib və 2021-ci ilin ilk doqquz ayı ərzində Bakı Fond Birjasında 10,2 milyard manat həcmində əməliyyat dövriyyəsinə nail olmaqla bu göstərici üzrə ölkənin ən böyük investisiya şirkətinə çevrilib.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Silk Way West Airlines istiqrazlarının satışını həyata keçirən PASHA Capital investisiya şirkətinin əlaqə nömrələri:

+994 12 493 33 66;

+994 12 493 33 88;

+994 55 226 33 66.

Reklam hüququnda

Paylaş:
509

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər