Güləşçimiz Fransada erməniyə qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz Fransada erməniyə qalib gəldi - VİDEO

09:46 - 23 / 11 / 2021
Güləşçimiz Fransada erməniyə qalib gəldi - VİDEO

Fransada klublararası güləş çempionatına start verilib.

1news.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

1news.az

Paylaş:
543

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər