Cavanşir Feyziyev: “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” | 1news.az | Xəbərlər
Siyasət

Cavanşir Feyziyev: “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb”

Qafar Ağayev18:48 - 04 / 12 / 2021
Cavanşir Feyziyev: “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb”

"Ermənistanla sərhəddə və xüsusilə Qarabağ ərazisində davamlı olaraq təxribatların planlanması və həyata keçirilməsinin 2 səbəbi ola bilər" .

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. "Birincisi, bu təxribatlar Paşinyanın iradəsindən xaric hökümətə müxalif qruplar tərəfindən təşkil oluna bilər. Bu Ermənistan daxilindəki siyasi mübarizə ilə əlaqədar olub, Paşinyan hökümətinin hakimiyyətdən uzaqlaşdırılması məqsədilə təşkil oluna bilər. Çünki bəzi hallarda sanki Paşinyan hakimiyyəti bu təxribatlardan xəbərsiz kimi görünür. İkincisi, Paşinyan hakimiyyətinin düşünülmüş planları əsasında da belə təxribatlar təşkil oluna bilər. Ermənistan 44 günlük müharibə zamanı Azərbaycanla üz-üzə qaldı və nəticə bəllidir".

Deputat deyib ki, müharibə dövründə bütün səylərinə baxmayaraq Ermənistan xarici qüvvələri Azərbaycana qarşı öz tərəfinə çəkə bilmədi.

" Amma müharibədən sonrakı vəziyyət də Paşinyan hakimiyyəti üçün olduqca ağırdır. Artıq çox ciddi və Ermənistan üçün tale yüklü məsələlər barəsində qərar vermək lazımdır. Amma Ermənistan hakimiyyəti bu qərarları təkbaşına verməyə qorxur. Odur ki, mümkün qədər digər dövlətləri, məsələn, heç olmasa, Minsk Qrupunun həmsədrləri olan dövlətləri və eləcə də mümkün olan bütün beynəlxalq təşkilatları qalan məsələlərin həllinə cəlb etməyə çalışır. Özünün Azərbaycanla birbaşa danışıqlarda əldə edə bilməyəcəklərini digər dövlətlər və ya beynəlxalq təşkilatlar vasitəsilə əldə etməyə çalışır. Müharibədən keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatmış hesab olunur və beynəlxalq təşkilatlarıın gündəliyində belə bir məsələ yoxdur. Bu isə Ermənistana sərf etmir. Odur ki, vaxtaşırı təxribatlar törətməklə Ermənistan guya Qarabağda yaşayan ermənilər üçün həyati təhlükə olduğunu beynəlxalq birliyə təlqin etməyə və bu bəhanə ilə yenidən dünyanın diqqətini bölgəyə cəlb etməyə çalışır".

C.Feyziyev deyib ki, Azərbaycan hökuməti minaların təmizlənməsi və xəritələrinin əldə edilməsinin də öhdəsindən uğurla gələcək.

" Bu işdə artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar da özlərinin maddi və texniki yardımını göstərirlər. Amma istənilən halda mina xəritələrini təqdim etməkdən imtina etmək hərbi cinayətdir. 30 il ərzində çoxsaylı cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Ermənistandan mina xəritələrinin xoşluqla verilməsi kimi bir addımı gözləmək sadəlövhlük olardı. Ermənistan o xəritələri yalnız məcbur edilərək verə bilər".

" O ki qaldı humanizmdən dəm vuran bəzi dövlətlərin mövqeyinə, bu bizim üçün heç təəccüblü deyil" - deyə, deputat əlavə edib:

"30 il ərzində 1 milyon insanın qaçqına və köçkünə çevrilməsi ilə nəticələnən işğal faktına göz yuman dövlətlərdən nə gözləmək olar. Əgər bütün dövlətlərin və beynəlxalq təşkilatların apardıqları siyasət humanizm prinsiplərinə əsaslansaydı, o zaman heç müharibələr də olmazdı, dağıntılar və itkilər də baş verməzdi. Amma məlumdur ki, son iki yüz ildə dünyanın müharibəsiz günü demək olar ki, olmayıb. Bütün bunlar siyasətin özünün ədalət, humanizm, beynəlxalq hüquq kimi prinsiplərdən kənarda aparılmasının nəticəsidir. Yəni humanizmdən və ya ədalətdən danışmaq hələ humanist və ədalətli siyasət yürütmək demək deyil. Qlobal siyasətdəki mövcud durum budur".

Paylaş:
758

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər