Klub prezidenti həbs olundu
“Sampdoriya”nın prezidenti Massimo Ferrero həbs olunub.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, klub rəhbəri maliyyə cinayətlərində şübhəli bilinir.
İtaliya Maliyyə Qvardiyasının həbs etdiyi Ferreronun bu əməlləri “Sampdoriya” ilə bağlı deyil. Onunla birlikdə cinayətdə şübhəli bilinən daha 5 şəxs də tutulub.
Qeyd edək ki, Ferrero 2014-cü ildən kluba rəhbərlik edir.
1news.az
664