Bakı Limanında yükaşırmaların sayı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanında yükaşırmaların sayı artıb

Qafar Ağayev13:21 - 07 / 12 / 2021
Bakı Limanında yükaşırmaların sayı artıb

2021-ci ilin 10 ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) 4,707 milyon ton yük aşırılıb.

1news.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Liman” QSC-nin mətbuat katibi Elmar Həbibli məlumat verib. O bildirib ki, pandemiyaya baxmayaraq Bakı Limanında yükdaşımaların sayı çoxalıb.

"Ötən ilin eyni dövrü ilə müqayisədə yükaşırmalar 18,2% çoxalıb. O cümlədən son 1 ildə limanda aşırılmış quru yüklərin həcmi 68,5% artaraq 956 min ton təşkil edib. Bu il Bakı Limanında yükaşırmanın həcminin 5,3 milyonu tonu keçməsi proqnozlaşdırılır".

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər