Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub | 1news.az | Xəbərlər
Dünya

Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub

Qafar Ağayev17:47 - 08 / 12 / 2021
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub

Hindistan silahlı qüvvələrinin Baş qərargah rəisi Bipin Ravat Tamilnad ştatında baş vermiş helikopter qəzası nəticəsində həlak olub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti "Twitter" səhifəsində bildirib.

Qəza nəticəsində helikopterdə 14 nəfərdən 13-ü həlak olub. Baş qərargah rəisi ilə yanaşı, onun həyat yoldaşı da ölənlər arasında olub.

Qeyd edək ki, səhər saatlarında qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilirdi.

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər