Emin Hüseynov: “Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq” | 1news.az | Xəbərlər
Siyasət

Emin Hüseynov: “Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq”

Qafar Ağayev11:26 - 09 / 12 / 2021
Emin Hüseynov: “Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq”

"Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir".

1news.az-ın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində bildirib.

"Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir".

O bildirib ki, həmin ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var.

"Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir. Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açılıb və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bilib. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır",-deyə E.Hüseynov qeyd edib.

Paylaş:
475

Son xəbərlər

DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00
Bütün xəbərlər