“Qarabağ” pley-offda bu komandaya rəqib oldu
Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
1news.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibinin də adına aydınlıq gəlib. Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisinin rəqibi (səpələnməmişlər səbətində yer alan 8 komandadan biri, Avropa Liqasının qrup üçüncüsü - red.) Fransa təmsilçisi "Olimpik Marsel" olub.
Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.
Konfrans Liqası
Pley-off
"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)
"Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Çexiya)
"Midtülland" (Danimarka) - PAOK (Yunanıstan)
"Lester" (İngiltərə) - "Randers" (Danimarka)
"Seltik" (Şotlandiya) - "Bodo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Partizan" (Serbiya)
"Rapid" (Avstriya) - "Vitess" (Niderland)/"Tottenhem" (İngiltərə)
1news.az