Jurnalistlərə ictimai nəqliyyatın pulsuz olması, sosial ipoteka verilməsi təklif olunub | 1news.az | Xəbərlər
Siyasət

Jurnalistlərə ictimai nəqliyyatın pulsuz olması, sosial ipoteka verilməsi təklif olunub

Qafar Ağayev17:00 - 14 / 12 / 2021
Jurnalistlərə ictimai nəqliyyatın pulsuz olması, sosial ipoteka verilməsi təklif olunub

Biz istərdik ki, hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

"Media haqqında" qanun layihəsindən danışan deputat bildirib ki, qanunda prinsipial məqamlardan biri media subyektlərinin reyestrinin vahid qurumda aparılmasıdır. Onsuz da ölkəmizdə müxtəlif sahələrdə reyestrləşmə aparılır və bu, bir tərəfdən etibarlı Vahid Məlumat Bazasının, milli mətbuatın dürüst tarixinin formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunmasına zəmin yaradır, formal uçotdan daha etibarlı reyestrə keçməyə və şəhadətnamə almağa kömək edir.

"Reyestrdə yer alan jurnalistlərə vəsiqənin verilməsi də məhz həmin tələbdən irəli gəlir. Daha da aydınlıq üçün deyək ki, reyestrdə olmayan media təmsilçilərinin jurnalist sayılmayacağı haqqında heç bir müddəa yoxdur, olması da gözlənilmir. Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar beynəlxalq təcrübədə özünü göstərən prinsiplərə tam uyğundur. Ən başlıcası, jurnalistin azad fəaliyyəti üçün müddəlar say və əhatəlilik baxımından indi daha genişdir. Lakin biz istərdik ki, hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir, lakin medianın qanuni maliyyələşməsi və onun dayanqılı iqtisadi bazasının yaradılması üçün həm dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq aparılması tələb edilir, həm də özəl investisyanın bu sahəyə qoyulmasını təşfiq edir", - deyə Z.Oruc qeyd edib.

Paylaş:
392

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər