Azərbaycan Prezidenti Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək

Qafar Ağayev11:23 - 14 / 12 / 2021
Azərbaycan Prezidenti Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dünən Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

1news.az xəbər verir ki, səfər çərçivəsində bu gün NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Prezident İlham Əliyev NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş "NATO+Azərbaycan" formatında keçiriləcək.

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər