Nazir: Türkiyənin Azərbaycana investisiyaları 19 milyard dolları keçir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Türkiyənin Azərbaycana investisiyaları 19 milyard dolları keçir

Qafar Ağayev12:36 - 14 / 12 / 2021
Nazir: Türkiyənin Azərbaycana investisiyaları 19 milyard dolları keçir

Türkiyənin Azərbaycana investisiyaları 19 milyard dolları keçir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

"Bu il Azərbaycanla Türkiyə arasında investisiyalarla bağlı bir sıra sazişlər imzalanıb. Türkiyə Azərbaycandan qeyri-neft məhsulunun idxalatçı ölkələri arasında birinci yeri tutur", - deyə nazir bildirib.

M.Cabbarovun sözlərinə gorə, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı son dövrlərdə daha da güclənib və pandemiyaya baxmayaraq inkişafını davam etdirir.

"Azərbaycanın Gürcüstana investisiyaları 3,3 milyard dollar təşkil edib. Biz Gürcüstan, Türkiyə və digər tərəfdaşlarımızın iqtisadiyyatlarına investisiyaların artırılmasında maraqlıyıq. Eyni zamanda, bizim şirkətlərimiz Gürcüstanda iri vergi ödəyiciləridir. Həmçinin, ölkələrimiz arasında yükdaşımalar proseduru sadələşdirilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri əməkdaşlığımızın böyük uğurudur. Biz nəqliyyat sektorunda, xüsusilə dəniz daşımalarında böyük potensiala malikik", - M.Cabbarov deyib.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər