Baş direktorun müavini: ““Omicron” bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur” - Müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

Baş direktorun müavini: ““Omicron” bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur” - Müsahibə

Qafar Ağayev11:52 - 31 / 01 / 2022
Baş direktorun müavini: ““Omicron” bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur” - Müsahibə

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirusun ştamları ilə bağlı sualları cavablandırıb.

1news.az Afaq Əliyevanın cavablarını təqdim edir:

- Bildiyiniz kimi, koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Hazırda ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?

- “Omicron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiya dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının "omicron" ştamı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkədə koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib. Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

- Afaq xanım, müşahidələr göstərir ki, respublikada koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Belə ki, əgər yanvarın 25-də Azərbaycanda COVID-19 infeksiyasına 2468 yoluxma faktı qeydə alınıbsa, ötən gün 5 minə yaxın vətəndaş yoluxub. Bu artım nə ilə əlaqədardır və nə qədər təhlükəlidir?

- COVID-19 infeksiyasına gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir. Belə ki, yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVID-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, əhalisi 4 milyona yaxın olan qonşu Gürcüstanda isə 17 500 artıq yoluxma halı qeydə alınıb. Bir neçə həftə ərzində “Omicron” ştamının daha çox yayılıb və digər növləri sıxışdırılması artıma səbəb olub.

Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.

- “Omikron”un ən çox qeydə alınan simptomları hansılardır?

- Koronavirusun “Omicron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir. Yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır.

“Omicron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər.

- Sonda bilmək istərdik ki, COVID-19-a və onun yeni təhlükəli ştamlarına qarşı ən yüksək müdafiəni nə təmin edir?

- Koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. “Omicron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunmuşlar xəstəliyi daha yüngül keçirirlər. Belə ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda “omicron”-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omicron” ilə təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır.

Paylaş:
724

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər