Bakıda daha üç məktəb əyani tədrisə qayıtdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha üç məktəb əyani tədrisə qayıtdı

Qafar Ağayev09:35 - 17 / 02 / 2022
Bakıda daha üç məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər