Putin: Azərbaycana Rusiya işgüzar missiyalarının göndərilməsini planlaşdırırıq
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata bəyanatında səsləndirib.
“Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Azərbaycan Prezidenti ilə görüş zamanı ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksinin ətraflı nəzərdən keçirildiyini bildirən Vladimir Putin deyib: “Biz hər şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik. Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir”.
RF Prezidenti qeyd edib ki, energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarının göndərilməsi planlaşdırılır.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan və Rusiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO
Azərbaycan və Rusiya Prezidentləri arasında təkbətək görüş olub – YENİLƏNİB