Qurban Qurbanovdan böyük feyr-pley dərsi
Konfrans Liqasının pley-off mərhələsinin hazırda keçirilən "Qarabağ" - "Marsel" oyununda futbolda nadir hallarda yaşanan hal baş verib.
1news.az xəbər verir ki, 34-cü dəqiqədə cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadji qol vurub. Baş hakim qolu qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.
Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.
Beləliklə, “Qarabağ” avrokuboklarda nə qədər hakim səhvləri ilə üzləşsə də, Qurban Qurbanov ədalətin tərəfində oldu və böyüklüyünü göstərdi.
1news.az