Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bir dəqiqəlik SÜKUT
Azərbaycan ərazisində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
1news.az-ın verdiyi xəbərə görə, saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro qatarları fit verib.
Ölkənin digər şəhər və rayonlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər. COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, piketlər, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, Xudavəng və Ağoğlan məbədlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!
Mövzu ilə əlaqədar oxuyun:
Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO
İlham Əliyev Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib
Türkiyə XİN: 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin yaraları hələ də təzədir
Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım edib - FOTO
“Xocalıya ədalət” kampaniyası hər kəsi petisiyanı imzalamağa çağırır
ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO
“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO
Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO
20-yə yaxın qohumunu itirən Xocalı sakini: “Ermənilər hətta meyitlərimizə belə işgəncə verirdilər” - MÜSAHİBƏ
49 qohumu şəhid olan Xocalı sakini: “Atam əsir düşməmək üçün özünü və erməniləri qumbara ilə partlatdı” - MÜSAHİBƏ