3 azərbaycanlı Ukrayna-Rusiya sərhədində yaralanıb | 1news.az | Xəbərlər
Dünya

3 azərbaycanlı Ukrayna-Rusiya sərhədində yaralanıb

12:54 - 28 / 02 / 2022
3 azərbaycanlı Ukrayna-Rusiya sərhədində yaralanıb

Ukrayna-Rusiya sərhədində atəş altına düşən 3 azərbaycanlı yaralanıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğlu sərhəddə atəşə tutulma nəticəsində güllə yarası alıblar.

Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.

1news.az

Paylaş:
1307

Son xəbərlər

Bütün xəbərlər