UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib | 1news.az | Xəbərlər
Futbol

UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

13:02 - 08 / 03 / 2022
UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

UEFA Fransanın “Marsel” Futbol Klubunu 44 250 dollar cərimələyib.

1news.az-ın xəbərinə görə, buna səbəb “Qarabağ”la oyunda baş vermiş insidentdir.

UEFA-nın qərarında göstərilir ki, təxribatçı və siyasi şüarlara görə, komanda 20 000 dollar cərimə olunur. Qərarda azarkeşlərin “Qarabağ Ermənistandır” yazılmış şüarı stadiona keçirməsi göstərilir.

Bundan əlavə komanda tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.

Qeyd edək ki, fevralın 17-də "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununda Ağdam klubu Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli banner açılıb.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər