Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda

09:43 - 16 / 03 / 2022
Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

1news.az xəbər verir ki, daha 2 cavab görüşü keçirilib. "Mançester Yunayted" doğma meydanda "Atletiko" (Madrid) ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi növbəti mərhələyə yüksəlib. Komandalar arasında ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.

Gecənin digər matçında isə "Ayaks" "Benfika"nı qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu nəticə ilə Portuqaliya təmsilçisi növbəti mərhələyə adını yazdırıb. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

15 mart

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Nunez, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

1news.az

Paylaş:
456

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər