AFFA VAR sistemini sınaqdan keçirib | 1news.az | Xəbərlər
Futbol

AFFA VAR sistemini sınaqdan keçirib

17:56 - 15 / 04 / 2022
AFFA VAR sistemini sınaqdan keçirib

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, yenilik “ASK Arenada” sınanıb.

U-17 yığması və “Şamaxı”nın U-19 komandası arasında qarşılaşmada VAR-dan istifadə olunub. Oyunun baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.

1news.az

Paylaş:
479

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər