İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb - FOTO

S.Xankişiyeva14:30 - 15 / 04 / 2022
İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulat­larının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərin­dəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaçıblar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər