Konfrans Liqasında bütün yarımfinalçılar müəyyənləşdi | 1news.az | Xəbərlər
Futbol

Konfrans Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

09:35 - 15 / 04 / 2022
Konfrans Liqasında bütün yarımfinalçılar müəyyənləşdi

Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

1news.az qol.az-a istinadən xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçirilib və bütün yarımfinalçıların adına aydınlıq gəlib.

"Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi PSV-nin qonağı olub və 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

"Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşıb (İlk oyun - 3:3) və 3:1 hesablı qələbə ilə növbəti mərhələyə adını yazdırıb.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi PAOK-la Yunanıstanda üz-üzə gəlib. 1:0 hesab ilə rəqibini məğlub edən Fransa təmsilçisi yarımfinala adlayıb.

"Roma" evdə "Budyo Qlimt"lə qarşılaşıb (ilk matç - 1:2) və rəqibini 4:0 hesabı ilə darmadağın edərək 1/2 finala yüksəlib.

Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2

Qollar: Zahavi, 27 (1:0), Madisson, 77 (1:1), Pereyra, 88 (1:2)

İlk oyun - 0:0

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 1:3

Qollar: Dessers, 2 (0:1), Traore, 14 (1:1), Dessers, 59 (1:2),Sinisterrra, 78 (1:3)
Qırmızı vərəqə: Kaçaraba, 94+4 ("Slaviya")

İlk oyun - 3:3

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1

Qol: Payet, 34

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0

Qollar: Abraham, 5, Zaniolo, 23, 29, 49

İlk oyun - 1:2.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər