Azərbaycanda istehlakçılara 214 milyon manat ƏDV məbləği geri qaytarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda istehlakçılara 214 milyon manat ƏDV məbləği geri qaytarılıb

S.Xankişiyeva14:43 - 29 / 04 / 2022
Azərbaycanda istehlakçılara 214 milyon manat ƏDV məbləği geri qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-nə qədər istehlakçılara 536 252 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 107 998 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər