UEFA Avropa Liqasında finalçılar müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib

09:32 - 06 / 05 / 2022
UEFA Avropa Liqasında finalçılar müəyyənləşib

Dünən axşam keçirilən cavab oyunları ilə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

1news.az xəbər verir ki, "Leyptsiq" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Reyncers" iki oyunun cəmində 3:2 hesabı ilə qalib gələrək finala adlayıb.

İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.

Bununla da Avropa Liqasında 2021/22 mövsümünün həlledici oyununda "Reyncers" "Ayntraxt"la qarşılaşacaq. Mayın 18-i Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1

Qollar: Tavernier, 18, Kamara, 24, Lundstram, 80 - Nkunku, 70

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqoda, "Aybroks" stadionu

İlk oyun - 0:1

23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Borre, 26

Qırmızı vərəqə: Aaron Kressuell, 19 ("Vest Hem")

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, "Frankfurtştadion"

İlk oyun - 2:1

FİNAL

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)

İspaniya, "Ramon Sançes Pisxuan" stadionu

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər