Elxan Məmmədov FIFA-nın baş katibi ilə görüşüb - FOTO
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Beynəlxalq Futbol Federasiyasının (FIFA) baş katibi Fatma Samura ilə görüşüb.
“FIFA-nın Paris ofisində bizi ziyarət edən FIFA-nın baş katibi Fatma Samura ilə görüşmək böyük şərəfdir”, - deyə Elxan Məmmədov bildirib.
Xatırladaq ki, AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov mayın 1-dən Beynəlxalq Futbol Federasiyasında yeni vəzifəsinin icrasına başlayıb.
Məmmədov müxtəlif regionlar üzrə “FIFA Forward” layihəsinin icrasını, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələri FIFA-nın iş prinsipi çərçivəsində həyata keçirir.
672