Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Qafar Ağayev18:20 - 23 / 05 / 2022
Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

1news.az xəbər verir ki, Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər