Könül Nurullayeva: “Dünyanın diqqəti ən yaxşı Qran Pri – “Formula 1 Azərbaycan Qran Prisi”nə yönəlib” | 1news.az | Xəbərlər
İdman

Könül Nurullayeva: “Dünyanın diqqəti ən yaxşı Qran Pri – “Formula 1 Azərbaycan Qran Prisi”nə yönəlib”

10:30 - 06 / 06 / 2022
Könül Nurullayeva: “Dünyanın diqqəti ən yaxşı Qran Pri – “Formula 1 Azərbaycan Qran Prisi”nə yönəlib”

Azərbaycan növbəti dəfə dünyanın ən nüfuzlu idman ayrışlarından biri - Formula 1-ə ev sahibliyi edəcək. Bir neçə gündən sonra Azərbaycan Qran-Prisinə start veriləcək.

Təcrübəyə əsaslanaraq, deyə bilərik ki, Azərbaycan Formula 1 yarışlarının ən uğurlu ev sahiblərindən biridir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycan Qran prisi ən yaxşılar sırasında birincidir. Formula 1-i keçirməklə Azərbaycan ən yüksək səviyyəli turnirləri nümunəvi təşkil etməyə qadir olduğunu dünyaya göstərir. Yüksək səviyyəli təşkilatçılıq təcrübəsi Formula 1-in Azərbaycanla əməkdaşlığın müddətini uzatması ilə nəticələnib.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən dinamik nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib. Hər il olduğu kimi, bu il də hazırlıqlar ən yüksək səviyyədə davam edir.

Bakı Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Obrazlı ifadə etsək Formula 1-in yeni ünvanlarından olan Bakı indi həm də dünyanın sürət paytaxtıdır. İyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq. Məlumdur ki, ötən il pandemiya səbəbindən tamaşaçısız keçirildi. Amma bu il Formula 1 Azərbaycan Qran-Prisini yenidən canlı izləmək imkanı olacaq.

Yarım milyarda yaxın tamaşaçı auditoriyası olan Formula 1 bu göstərici ilə tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Bu, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Ölkəmizin nüfuzunun artması və təbliğat baxımından Formula 1 önəmli idman yarışıdır. Ev sahibliyi nəticəsində Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də idman ölkəsi kimi mövqeləri möhkəmlənir. 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

Bu miqyasda beynəlxalq yarışlara ev sahibliyi etmək ilk növbədə təhlükəsizlik və sabitlik məsələsini ön plana çıxarır. Bu baxımdan Azərbaycan əsl nümunə sərgiləyir.

Eyni zamanda turizm potensialının genişlənməsi baxımından da Formula 1 fərqlənir.

Ümumiyyətlə, Azərbaycanda keçirilən birinci Formula 1 Qran-Prisindən sonra ölkəyə kütləvi turist axını başlayıb. Birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artıb. Ondan sonrakı il daha 22 faiz, sonra daha 5 faiz. Nəhayət, 2019-cu ilin on bir ayında isə 11 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 2020-ci il Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə onlayn görüşdə də bildirmişdi ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Yəni bu cür tədbirlərə ev sahibliyi edən ölkələr sərmayə qoymaqla yanaşı həm də qazanc əldə edir. Məsələn, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışları ölkə iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə faydalı olub. Bu müddətdə Bakıda keçirilmiş Formula 1 yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. Təcrübəyə əsaslanaraq, Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşan Formula 1 Azərbaycan Qran Prisi 2022-nin də xeyli sayda turist cəlb edəcəyini əminliklə söyləyə bilərik.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Paylaş:
454

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər