“Formula 2”: Bakıda ilk sərbəst yürüşün qalibi bəlli olub
Bakıda keçirilən “Formula 2” yarışında ilk sərbəst yürüş başa çatıb.
1news.az xəbər verir ki, “Hitech Grand Prix” komandasından Jüri Vips bütün rəqiblərini qabaqlayıb.
“Karlin”dən Liam Louson ikinci, “Hiteç Grand Prix”dən Markus Armstronq isə üçüncü olub.
Saat 16:30-da sıralama turu baş tutacaq.
Qeyd edək ki, iyunun 11-də “Formula 2”də sprint yarışı, iyunun 12-də isə əsas mərhələ gerçəkləşəcək.
1news.az
434